“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

Bu gün günorta saatlarında Moskvadakı idman zalında qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Əli Heydərovun öldürülməsi ilə bağlı istintaq tərəfindən nəzərdən keçirilən versiyalar açıqlanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hazırda istintaq qətlin iki mümkün səbəbi üzərində dayanıb.
Bunlardan biri mərhumun yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığına görə cəzalandırılması, digəri isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlinin sifarişçisi olduğu üçün intiqam məqsədi ilə öldürülməsidir.
Qeyd olunur ki, “Ded Xasan”ın ölümündən sonra cinayətkar qruplaşma daxilində liderlik uğrunda savaş başlayıb və hazırda da davam edir.
Oxşar xəbərlər
“Lotu Quli”nin qardaşı varis elan edildi
Türkiyədə qətlə yetirilmiş məşhur “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) doğma qardaşı olan, “Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov qardaşının var...
