SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyada Osmanlı imperatoru Sultan Süleyman Qanuninin 4 əsr əvvəl çəkilən portreti açıq hərracda 350 min funt sterlinqə (483 min dollar) satılıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, italyan rəssam Cristofano Dell tərəfindən XVI əsrin sonu XVII əsrin əvvəlində çəkildiyi bildirilən portret XIX əsrdən fransalı ailəyə məxsus kolleksiyada qorunur.

İlkin hərraca 60 min funt sterlinqə çıxarılan əsərin sahibinin adı gizli saxlanılıb. Qanuninin təxminən 43 yaşında olarkən çəkildiyi düşünülən portret sahibinə vergi ilə birgə 438 min funt sterlinqə (604 min dollar) başa gələcəyi bildirilir.

BAKU.WS