SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali Koreya martın 25-də iki ballistik raket buraxılışı həyata keçirib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb.

Raket buraxılışı həm Yaponiya, həm Cənubi Koreya, həm də ABŞ hərbçiləri tərəfindən qeydə alınıb.

Bu, Şimali Koreyanın 2020-ci ilin martından bu yana ilk ballistik raket sınaqları olub. Tokiodan bildirilib ki, raketlər təxminən 450 kilometr qət edərək Yapon dənizinə düşüb.

Yaponiyanın Baş naziri Yosihide Suqa bununla bağlı etirazını bildirib və Pxenyanın fəaliyyətlərinin BMT Təhlükəsizlik Şurası qətnamələrinə zidd olduğunu vurğulayıb.

BAKU.WS