ÜST rəsmisi koronavirus pandemiyasının sona çatacağı tarixi açıqlayıb

24
fev
2021
08:49
“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe “DR” Danimarka televiziyasına açıqlamasında bildirib.
Üst rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikri olaraq, sadəcə, proqnozdur:
“İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq və göstərilən tarixə qədər yox olacaq”.
Oxşar xəbərlər
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım edib
Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. BAKU.WS-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşki...
