SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci ildə koronavirus pandemiyasına və onun doğurduğu fəsadlara baxmayaraq, dünyanın ən zəngin sakinləri daha da varlanıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, 11 dekabr tarixinə olan vəziyyətə görə dünyanın 2 200 ən zəngin sakininin məcmu varidatı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 trilyon ABŞ dolları (20 faiz) artaraq 11,4 trilyon ABŞ dollarına çatıb.

Nəşrin hesablamalarına görə, o cümlədən 400 çinli milyarderin məcmu varidatı 750 milyard ABŞ dolları (60 faiz) artaraq, 2 trilyon ABŞ dollarına çatıb.

Qeyd edilir ki, 600 amerikalı milyarder 560 milyard ABŞ dolları varlanaraq, 4 trilyon ABŞ dolları, 40 fransalı zəngin isə 95 milyard ABŞ dolları varlanaraq, 500 milyard ABŞ dollarına sahib olublar.

BAKU.WS