SİZİN REKLAM BURADA!
055 213 76 73


İkinci Qarabağ Müharibəsində itkin düşmüş erməni əsgərlərin yaxınları növbəti dəfə Eçmiədzin hərbi hissəsinin qarşısına toplaşıblar.

BAKU.WS xəbər verir ki, onlar Ermənistanın hərbi-siyasi rəhbərliyindən övladlarının geri qaytarılmasını tələb ediblər.

Narazı ermənilərdən biri "Aysor" nəşrinə açıqlamasında Ermənistanda mövcud hərbi anarxiya barədə maraqlı faktları açıqlayıb:

"Ermənistan Müdafiə Nazirliyinə müraciət edirəm ki, generalların çiynindəki paqonlarını söküb zibil yeşiyinə atsınlar. Xalqdan istəyim isə budur ki, övladlarınızı ordu sıralarında xidmət etməyə qoymayın. Çünki erməni generallar sizin övladlarınızı ölümə aparacaqlar. Özləri isə qaçacaqlar.

İki il həbs olunmaları orduya getmələrindən daha yaxşıdır. Ermənistanda ordu deyilən şey yoxdur. General leytenantlar çobandır".

Qeyd edək ki, erməni analarının fəryadı Ermənistanın siyasi rəhbərliyinin işğalçı ambisiyasını bir daha ortaya qoyub. Belə ki, məhz rəsmi İrəvanın işğalçı siyasətindən əl çəkməməsi sonda ölkənin acınacaqlı duruma düşməsi ilə nəticələnib.

Orxan Hüseyn
BAKU.WS