SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda itkin düşən hərbçilərin valideynləri və qohumları İrəvanda Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq ərləri, qardaşları və övladlarının harada olmaları haqqında suala cavab tələb ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Aksiyada iştirak edən erməni anaları "Uşaqlarımız haradadır? Uşaqlarımızı geri qaytarın! Niyə siyahıların heç birində adları yoxdur", - deyə etiraz ediblər.

Qeyd edək ki, Ermənistanın siyasi və hərbi rəhbərliyinin apardığı işğalçı missiyanın qurbanına çevrilən erməni əsgərlərin ölümləri yaxınlarından gizlədilir. Qarabağ uğrunda gedən 45 günlük döyüşdə məğlub olan Ermənistan ordusu minlərlə hərbçisini itirsə də, Baş nazir Nikol Paşinyan bunu Ermənistan ictimaiyyətinə açıqlamır.

Bunun nəticəsidir ki, erməni əsgərlərin ailələri hər gün aksiyalar keçirərək onların yaxınlarının aqibəti barədə doğru məlumatın verilməsini tələb edirlər.

Orxan Hüseyn
BAKU.WS
QALEREYA