SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Müdafiə Nazirliyinin qarşısında mitinq keçirir.

BAKU.WS xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb. Mənbə qeyd edib ki, itkinlərin ailə üzvləri Müdafiə naziri ilə görüş istəyirlər. Valideynlərdən biri oğlu ilə bağlı təcili tədbir görülməsini tələb edib:

“44 gündür oğlumdan xəbər yoxdur. Buna cavabdeh adam varmı? Əgər valideynlər qəbul olunmayacaqsa, biz başqa addımlar atacağıq. Övladım cəbhə zonasına aparıldıqda cəmi 11 gün idi orduda xidmət edirdi. Nazirlikdən 11 gün xidmət edən əsgərin cəbhə xəttinə yollanmasının düzgünlüyünü soruşdum, onlar hərbi vəziyyətin elan olduğunu bildirdilər. Bu gün heç kimə cavab verə bilmirlər”.

Digər valideyn isə bir ay əvvəl oğlu ilə bağlı məlumatı Müdafiə Nazirliyinə göndərdiyini bildirib:

“Deyəsən, uşaqlarımızın heç kim üçün dəyəri yoxdur. Hər şey gizlədilir, bu sadəcə qəbuledilməzdir”.

Qeyd edək ki, itkinlərin yaxınları təxminən 3 saatdır ki, nəzarət məntəqəsində gözləyirlər, lakin hələ də onları qəbul edib fikirlərini öyrənən yoxdur.

BAKU.WS