Bosniya və Herseqovina baş naziri koronavirusa yoluxub

07
noy
2020
19:10
Bosniya və Herseqovina hökumətini sədri Zoran Tegeltiyanın COVID-19 ilə bağlı verdiyi testin nəticəsi müsbət çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hökumətdən verilən məlumata görə, evdə təcrid olunmuş baş nazir özünü yaxşı hiss edir, koronavirus əlamətləri zəifdir.
Qeyd edək ki, ötən 24 saat ərzində Bosniya və Herseqovinada koronavirusdan 49 nəfər ölüb və ölənlərin ümumi sayı 1 457 nəfərə çatıb. Həmçinin yoluxanların sayı 1 921 nəfər artaraq 59 427 olub.
Oxşar xəbərlər
Dünyada gün ərzində koronavirusa yoluxanların sayı 123 min artıb
Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 370 mini keçib. BAKU.WS-i...
