SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi Azərbaycana fosfor bombası satmaqda günahlandıran erməni əsilli rusiyalı rejissor, film sənayesindəki həmkarı Sarik Andreasyana emosional cavab verib.

BAKU.WS xəbər verir ki, müvafiq mesaj Zelenskinin rəsmi "Telegram" səhifəsində yer alıb.

Qeyd edək ki, Sarik Andreasyan Ukrayna prezidentini Azərbaycana fosfor bombası satmaqda ittiham edib.
Ukrayna prezidenti isə erməni rejissorun iddiasını Rusiya feyki və təşviqatı adlandırıb:

"Sarik, başa düşürəm ki, bu, həqiqətən, acıdır. Əsl müharibənin nə olduğunu öz gözlərinizlə görəndə dəhşətli olur. Sadəcə... Siz başqalarının feykini daşımaq rolunu öz üzərinizə götürməməlisiniz.

Rus təbliğatında nəyin nə üçün edildiyi və niyə tamamilə yalan danışıldığını başa düşürəm. Amma səni qətiyyən anlamıram. Çünki Ukrayna heç vaxt, heç yerə fosfor bombası verməyib. Ümumiyyətlə. Xüsusən də artıq qızışan və nələri isə “geosiyasi həll etmək” istəyən bir çox “dəliqanlıların” olduğu yerə".

Vladimir Zelenski həmçinin Qarabağ müharibəsində iştirak ittihamlarını yaxın adamdan eşitməsindən qəzəbləndiyini dilə gətirib: “Düzü, evimin qapısını açdığım, daxili dünyamı və dəyərlərimi bilən şəxsin başqasının təşviqatına bu qədər asanlıqla uyduğu üçün çox təəssüflənirəm. Məndən şəxsən soruşmaq olmazdı?”

Zelenski Ukraynanın hər hansı qanlı qarşıdurmalara qarşı çıxdığını deyib və ermənilərə “məşhur təşviqatla təmasdan sonra əllərini daha tez-tez yumalarını” tövsiyə edib.

“Yenə də, Sarik, sənə bir sualım var... Müharibə Ukraynaya gələndə və uşaqlarımız öləndə haradaydın? Erməni mənşəli Ukrayna vətəndaşları öldükdə, hansı ki, bir-iki yox, onlarla idi... O zaman təcavüzə qarşı şəxsən nə dedin? Heç nə...” - deyə Ukrayna prezidenti onu riyakarlıqda ittiham edib.

BAKU.WS