SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu xəstəliyin ən gözəl tərəfi yoluxanların 81 faizinin xəstəliyi yüngül keçirməsidir. Çox az qızdırma, çox az öskürək əlamətləri olur. Yəni həkimə getmədən keçir. Yalnız təxminən 4-5 faizi ağır keçirir və xəstəxanada müalicəsi tələb olunur". 

BAKU.WS xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Harmancı İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində koronavirusdan danışıb:

"Koronavirusa yoluxanlar xəstəxanaya yatırılsa belə, təəssüf olsun ki, bu virusu öldürən dərman yoxdur. Yəni virusun spesifik müalicəsi yoxdur. Bu xəstələrə zaman qazandırmaq üçün ümumi orqanizmlərini möhkəmləndirəcək prosedurlar edirik və nəfəs almada çətinlik çəkirlərsə, oksigen veririk. Lazımi müayinələr edirik".   

Hande Harmancı deyib ki, bu xəstəlik bütün ölkələrdə yayılacaq. Koronavirusun hansısa ölkədə aşkarlanmaması həmin yerdə bu virusun olmaması və ya olmayacağı mənasına gəlmir. Çünki immuniteti aşağı olan hər bir insan bu virusa yoluxa bilər. Hansı ölkənin səhiyyə sistemi zəifdirsə, bu ölkələr virusu daha gec aşkarlayacaqlar və ya ümumiyyətlə aşkarlamayacaqlar. Təşvişə düşmək lazım deyil, ehtiyatlı olmaq lazımdır. Bu virus keçəcək. İnsanların həyatları davam edəcək. Virus dekabr ayında aşkarlandıqdan sonra istilərin gəlməsi ilə virusun öləcəyini ehtimal edirik".

ÜST nümayəndəsi maskalarla bağlı da danışıb: "Maskalar çox önəmlidir, amma maskanı tibb işçiləri və xəstə şəxslər taxmalıdırlar".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO