SİZİN REKLAM BURADA!
055 213 76 73


Yay aylarında çimərliyə gedərkən maksimum dərəcədə yüngül qidalara üstünlük vermək lazımdır.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim qeyd edib ki, çimərliyə gedərkən qida götürən zaman tərkibi tez dəyişməyənlərə üstünlük vermək lazımdır:

"Çimərliyə səhər saatlarından 11:00-a qədər, axşam saat 17:00-dan sonra getməyə üstünlük vermək lazımdır. Geyim seçimi zamanı açıq rəngli paltarlara üstünlük vermək tövsiyə olunur. Eyni zamanda, günəş kremlərindən və digər Günəşin şüalarından qoruyan vasitələrdən istifadə etmək lazımdır. Dənizdə üzmədən öncə spirtli içkilərdən istifadə yolverilməzdir".

BAKU.WS