SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qızılcadan qorunmağın ən doğru yolu peyvənddir”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, uşaqlara qızılcaya qarşı vaksin vaxtında vurulmalıdır:

“Qızılca yeni xəstəlik deyil. Hər kəsin bu xəstəlik haqqında məlumatı var. Vaksin 1 yaşında olan uşaqlara vurulub. Son zaman yaranan problemin səbəbi koronavirus pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsidir”.

Y.Qarayeva qeyd edib ki, qızılcaya böyük yaşlarda yoluxan insanlarda xəstəlik ağır fəsadlara yol aça bilər:

“Buna görə də vaxtında vaksinasiya olunmaq məsləhətdir. Həkim məsləhəti olmadan da müalicə olmaz”.

BAKU.WS