Zəlzələni əvvəldən proqnozlaşdırmaq mümkün olacaq

Zəlzələni əvvəldən proqnozlaşdırmaq mümkün olacaq
Digər 1031

İtaliyalı alimlər optik lif kabellərindən istifadə edərək zəlzələləri əvvəlcədən proqnozlaşdırmaq üsulu tapıblar.

BAKU.WS xəbər verir ki, bu metod İtaliyanın Geofizika və Vulkanologiya Milli İnstitutu tərəfindən hazırlanıb.

Yeraltı optik lif kabelləri zəlzələ zamanı çox kiçik dərəcədə sıxılır və ya uzanır. Xüsusi qurğular bu dəyişiklikləri siqnallara çevirərək alimlərə ötürür. Sistem Etna vulkanı yaxınlığında 30 kilometrlik kabel üzərində sınaqdan keçirilib və bir il ərzində 70-dən çox kiçik zəlzələ qeydə alınıb. Bu isə adi seysmik qurğuların aşkar edə bilmədiyi titrəyişləri müəyyən etməyə imkan verir.

Belə kabellər şəhərlərin, yolların və hətta sualtı ərazilərin altında mövcuddur. Onlardan zəlzələ xəbərdarlıq sistemlərinin bir hissəsi kimi istifadə edilsə, insanları vaxtında xəbərdar etmək və həyatları xilas etmək mümkün olacaq. Alimlər bu texnologiyanı Foresight adlandırıblar və onun ənənəvi seysmik qurğularla birlikdə daha dəqiq proqnozlar verməyə imkan yaradacağını bildirirlər.

Oxşar xəbərlər

İyulda cekpot bu bürclərin olacaq

İyulda cekpot bu bürclərin olacaq

2025-ci ilin iyul ayı bəzi bürclər üçün pul, uğur, gözlənilməz qazanc və taleyin qəfil dönüş nöqtəsi olacaq. Ulduzlar göstərir ki, bu bürclər "cekpot" effekti y...

533 Digər 23:59 05 iyul 2025

Son xəbərlər