Yumurtanın inanılmaz faydaları
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanlar bu vaxta qədər demə səhv yoldaymış. Ürək xəstəliklərinin, əsasən də insultun ən birinci dərmanı toyuq yumurtasıymış.
BAKU.WS xəbər verir ki, Rusiyanın tanınmış kardioloqu Olqa Bokeria müntəzəm istifadəsi infarkt və insult riskini azaldan məhsulun adını çəkib.
Onun sözlərinə görə, gündə cəmi bir toyuq yumurtası qanda trigliseridlərin səviyyəsini normal saxlayır və bu, ürək-damar sistemini gücləndirməyə kömək edir.
Mütəxəssisin sözlərinə görə, bu məhsulu mütəmadi olaraq qəbul edən insanların hemorragik insultdan ölmə ehtimalı məhsulu yeməyənlərə nisbətən 30% az olub.
Həmçinin, qida rasionuna yumurta daxil edən xəstələrdə ürək-damar xəstəliklərinin daha az irəliləməsi müşahidə olunub.
"Risk hətta azalıb. Tədqiqatda gündə bir yumurta yeyən insanların ürək-damar xəstəliklərinə tutulma ehtimalı yumurta yeməyənlərə nisbətən 20% daha az olub", - deyə Bokeria bildirib.
Oxşar xəbərlər
Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı
Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işinin məhkəməsi başlayıb. BAKU.WS Oxu.az-a istinadən xəbər veri...