Yeni SİRLİ VİRUS sürətlə yayılır: MİLÇƏK VASİTƏSİLƏ...

Yeni SİRLİ VİRUS sürətlə yayılır: MİLÇƏK VASİTƏSİLƏ...
Digər 136

Zika və denq qızdırmasına bənzər Oropouche virusu Latın Amerikasında sürətlə yayılır və xüsusilə hamilə qadınlar üçün risk daşıyır.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, virus hərarət, baş və əzələ ağrısı, dəri səpgiləri kimi yüngül simptomlarla özünü göstərsə də, bəzi hallarda dölün tələf olmasına və ya inkişaf pozuntularına səbəb olub. Hazırda vaksin və xüsusi müalicə mövcud deyil.

Alimlər bildirirlər ki, virus çox hallarda aşkarlanmır, lakin bəzi bölgələrdə əhalinin 10 faizi virusa yoluxmuş ola bilər. İqlim dəyişikliyi və "El-Ninyo" fenomeni virusun yayılmasına təsir edən əsas faktorlardandır. Xəritələşdirmə nəticələrinə görə, ən yüksək risk Amazon bölgəsində müşahidə olunur.

Virus çox kiçik ölçülü milçəklər vasitəsilə yayılır. Mütəxəssislər uzunqollu geyim, güclü həşərat qovucular və sıx toxunmuş cibinliklərdən istifadə etməyi tövsiyə edirlər. Hamilə qadınlara isə bu bölgələrə getməzdən öncə mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Oxşar xəbərlər

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağm...

52 Digər 10:57 22 iyul 2025

Son xəbərlər