Yeni ilin ilk gününün havası açıqlanıb

Azərbaycanda 2025-ci ilin yanvarın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.

Oxşar xəbərlər
Həftə sonu bu bürclər hədiyyə qazanacaqlar
Bu həftə sonu bəzi bürclər üçün həqiqətən xüsusi ola bilər. BAKU.WS xəbər verir ki, astroloqlar xəbərdarlıq edir ki, Kainat sizin əhvalınızı, bəziləri üçün isə...