Yayda günvurma halları artır - XƏBƏRDARLIQ

Yay mövsümünün ən aktual probləmlərindən biri də günvurmadır. Xüsusilə birbaşa günəş altında uzun müddət qalan insanlar arasında bu vəziyyət daha çox müşahidə olunur.
BAKU.WS xəbər verir ki, mütəxəssislər açıq havada işləyənlər, yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmasına xüsusi diqqət yetirilməli olduğunu bildirir.
Həkimlərin sözlərinə görə, günvurma zamanı aşağıdakı əlamətlərə diqqət etmək vacibdir:
-
Başgicəllənmə və halsızlıq
-
Quru və isti dəri
-
Bədən temperaturunun sürətlə yüksəlməsi
-
Ürəkbulanma və qusma
-
Şüur bulanıqlığı, bəzən huşun itməsi
Günvurma vəziyyəti vaxtında müdaxilə edilmədikdə ciddi nəticələrə – hətta ölümə belə səbəb ola bilər.
Necə qorunmalı?
-
Günorta saatlarında (12:00–16:00) birbaşa günəş altında qalmaqdan çəkinin
-
Bol su için, qəhvə və qazlı içkilərdən uzaq durun
-
Yüngül, açıq rəngli və nəfəs alan geyimlərə üstünlük verin
-
Çimərlikdə və ya açıq ərazidə olarkən papaq və gün eynəyi istifadə edin
Həkimlər qeyd edir ki, əgər günvurma şübhəsi varsa, şəxs dərhal kölgəyə və ya sərin yerə aparılmalı, başına və bədəninə sərin kompres qoyulmalı və təcili tibbi yardım çağırılmalıdır.
Oxşar xəbərlər
AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür
AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür. BAKU.WS bu barədə "Flightradar24" servisinin məl...
