Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv
Mütəxəssislər isti havalarda sürücülərin etdiyi bəzi səhvlərin avtomobil mühərrikinə ciddi ziyan vura biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
BAKU.WS xəbər verir ki, aşağı oktanlı benzin istifadəsi, mühərriki aşağı dövrlərdə yükləmək, güclü istidə qoşqu çəkmək və avtomobili uzun müddət kondisioner işlək vəziyyətdə saxlamaq mühərrikin həddindən artıq qızmasına səbəb ola bilər.
Ekspertlər həmçinin soyuducu mayenin səviyyəsinə nəzarət etməyin vacibliyini vurğulayıblar. Antifriz çatışmazlığı və ya köhnəlməsi mühərrikin sıradan çıxmasına gətirib çıxara bilər.
Sürücülərə isti havalarda avtomobili daha diqqətli idarə etmək, mühərriki yükləməmək və texniki baxımı gecikdirməmək tövsiyə olunur.
Oxşar xəbərlər
Moskvada anomal istilər: 129 il əvvəlki rekord qırıldı
Rusiyanın paytaxtı Moskvada qeydə alınan anomal isti hava şəraiti son 129 ilin temperatur rekordunu qırıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə...