Yanvarın son günü 17 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Genetik faktorların ömür uzunluğuna təsiri gözləniləndən daha böyükdür
"Science" jurnalında dərc olunan genişmiqyaslı araşdırma genlərin insan ömrü üzərində təsirinin indiyədək düşünüləndən xeyli böyük olduğunu ortaya qoyub. BAKU.W...