Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?

Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?
Digər 57

"Azərbaycanın sosial dövlət kimi əsas strateji məqsədi xəstəliklərin böyük qisminin müalicəsini icbari tibbi sığorta (İTS) hesabına həyata keçirməkdir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat "Onkoloji yardım haqqında" Qanuna təklif edilən dəyişikliyə münasibət bildirərkən deyib ki, hazırda özəl sektorlar tərəfindən onkoloji xəstələrə tibbi yardımın göstərilməsi üçün şərait yaradılır:

Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?

"Bu, dövlət səhiyyə müəssisələrinin üzərinə düşən yükü azaldacaq, həmçinin vətəndaşlara fərqli sektorlarda xidmət göstərən həkimlərə müraciət etmək imkanı yaradacaq.

Onkoloji xəstələrə göstərilən tibbi yardımlar spesifikliyi ilə seçilir. Ona görə də özəl müəssisələr tam şəkildə buna hazır olmalıdır. Bunlar Səhiyyə Nazirliyinin müvafiq kriteriyalarına uyğun fəaliyyət göstərəcək. Hazırda vətəndaşın özəl sektorlarda müalicəsi müəssisələrin tələblərinə uyğun olaraq ödənişlə ediləcək. Amma gələcəkdə strateji xətt ondan ibarətdir ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortanın hesabına həyata keçirilsin. Bu, xidmətin çeşidliliyini artırmaq üçün ilkin addımdır. Özəl sektorun prosesə cəlb olunması, onların investisiyalarının prosesə yönəldilməsi onkoloji xidmət göstərən xəstəxanaların sayını və çeşidliliyini artıracaq".

M.Məmmədli vurğulayıb ki, ilkin məqsəd xidmətin əlçatanlığını artırmaqdır:

Xərçəng xəstələri dövlət hesabına müalicə olunacaqlar?

"Azərbaycanın sosial dövlət kimi əsas strateji məqsədi xəstəliklərin böyük qisminin müalicəsini icbari tibbi sığorta hesabına həyata keçirməkdir. Bu xüsusda gələcəkdə onkoloji xəstəliklər də İcbari Tibbi Sığorta Zərfinə daxil oluna bilər. Sözügedən məsələ təyinatı üzrə dəfələrlə qaldırılıb. Qeyd etmək lazımdır ki, onkoloji xəstəliklərin müalicəsi üçün dövlət proqramı var və bunun üçün vəsait ayrılıb. Məsələnin aktuallığı nəzərə alınıb. Bundan başqa, İcbari Tibbi Sığorta Fondunun bu il üçün nəzərdə tutulmuş büdcəsi onkoloji xəstəliklərin zərfə daxil edilməsinə imkan vermir. Amma vəsait ildən-ilə artır və gələcəkdə bu, imkan verəcək ki, həmin xəstələr sığorta hesabına müayinə, həmçinin müalicə olunsunlar".

Son xəbərlər