Xalqı səfalət içində yaşayan Əsəd ailəsinin dəbdəbəli həyatı "Haber Global"ın süjetində

Xalqı səfalət içində yaşayan Əsəd ailəsinin dəbdəbəli həyatı Haber Globalın süjetində
Video
Digər 312

"Suriya xalqı səfalət içində yaşayarkən Əsəd ailəsi öz dəbdəbəli həyatlarına davam ediblər".

Bu barədə Türkiyənin nüfuzlu "Haber Global" kanalının hazırladığı süjetdə bildirilir.

Bəşər Əsədin qardaşı Mahir Əsədin malikanəsinə daxil olan jurnalistlər villada qısa müddət əvvələ qədər davam edən lüks həyatın izlərinin hələ də qaldığını bildiriblər.

"Hovuzlu villa, lüks və dəbdəbə içində keçən bir həyat. Suriyada xalq rejim idarəçiliyi altında əziyyət çəkərkən, hakimiyyətdəki Əsəd ailəsi öz rahatlığını düşünürdü. BƏƏS rejiminin devrilməsindən sonra o dəbdəbəli həyatın sübutları üzə çıxmağa davam edir", - deyə süjetdə bildirilir.

O da qeyd olunur ki, Bəşər Əsədin qardaşı Mahir Əsəd Suriyadakı narkotik ticarətini təşkil edən şəxs kimi tanınıb.

"Suriya daxilindəki və digər ölkələrlə olan narkotik şəbəkəsi onun nəzarəti altında olub", - deyə müxbirlər vurğulayıblar.

Qeyd edək ki, Mahir Əsəd və ailəsinin əvvəlcə İraqa, oradan da Rusiyaya qaçdığı düşünülür.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər