Vüsal Cahangiri: "Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi dolub"

Vüsal Cahangiri: Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi dolub
Digər 148

"Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi artıq dolub".

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, həcc ziyarətinə ayrılmış kvotanın tam sayı bu yaxınlarda açıqlanacaq:

"Kvota sayı hələlik 1 200-1 300 nəzərdə tutulub, amma bundan çox və ya az da ola bilər. Həcc ziyarətinə sənəd qəbulunun aprelin əvvəlinə qədər davam etdirilməsi planlaşdırılır. Amma, yerlərin çox hissəsinin artıq dolduğunu nəzərə alaraq, bildirmək istəyirik ki, həcc ziyarətinə getmək istəyənlər gec olmadan müraciət etsinlər", - deyə V. Cahangiri qeyd edib.

Oxşar xəbərlər

Çimərlik seçərkən nələrə diqqət edək?

Çimərlik seçərkən nələrə diqqət edək?

Yay aylarında dənizdə istirahət çoxları üçün sevimli məşğuliyyətdir, amma çimərlik seçərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir ki, istirahət həm təhlükə...

41 Digər 17:48 23 iyul 2025

Son xəbərlər