KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu edam cəzasının qüvvədə olduğu məhkəmə dairəsinə aparıblar. Nəzəri baxımdan, o, narkoterrorçuluq ittihamı ilə ölüm cəzasına layiq görülə bilər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Nəşr bildirir ki, mövcud qanunvericiliyə görə, Nyu-Yorkun Cənub dairəsində terrorizm kimi bəzi federal qanun pozuntularına görə edam cəzası nəzərdə tutulur.
*** 16:54
Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat verib.
"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.
*** 14:57
"Venesuela Prezidenti Nikolas Maduro öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau öz "X" hesabında yazıb.
"Venesuela üçün yeni dövr. Tiran getdi", - deyə o, paylaşımda qeyd edib.
Həmçinin ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Maduronun həbsindən sonra ABŞ-nin Venesuelada əlavə tədbirlər görəcəyini gözləmir.
Rubionun sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat Maduronun saxlanılması məqsədilə aparılıb.
Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasının fotosunu təqdim edirik:
*** 14:17
Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyir və səfərbərlik elan edir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil-Pinto öz "Telegram" hesabında bildirilib.
O bildirib ki, Prezident Nikolas Maduro milli müdafiə planlarının həyata keçirilməsini əmr edib, əhalinin və dövlət qurumlarının qorunması üçün bütün ölkə üzrə səfərbərlik barədə fərman imzalayıb.
Venesuela hökuməti bütün ictimai və siyasi qüvvələri səfərbər olmağa, ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.
*** 12:56
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.
"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.
Prezident əlavə edib ki, La-Karlota aviabazası, Katiya-La-Mardakı dağ kazarmaları, eləcə də Fort Tiuna hərbi bazası bombalanaraq sıradan çıxarılıb. Petronun sözlərinə görə, El-Xatilyodakı hava limanı da zərbəyə məruz qalıb.
Bundan başqa, Barkisimetodakı 3 saylı F-16 bazası bombardman edilib, Çarallave şəhərindəki özəl hava limanı isə sıradan çıxarılıb.
Qeyd olunub ki, Miraflores rayonunda müdafiə planı aktivləşdirilib.
Petronun bildirdiyinə görə, Karakasın bir sıra rayonları, o cümlədən Santa-Monika, Fort Tiuna, Los-Tekes, "23 yanvar", eləcə də paytaxtın cənub hissəsi elektrik enerjisiz qalıb. Karakasın mərkəzi hissəsinə də hücumlar barədə məlumatlar var.
*** 12:23
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.
"Prezident Nikolas Maduro Venesuela Konstitusiyasına, fövqəladə vəziyyətlər və milli təhlükəsizlik haqqında qanuna ciddi şəkildə uyğun olaraq, müvafiq vaxt və şəraitdə həyata keçirmək üçün bütün milli müdafiə planlarını aktivləşdirib", - o yazıb.
"Venesuela Bolivar Respublikası Birləşmiş Ştatların hazırkı hökuməti tərəfindən ölkənin paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, həmçinin Miranda, Araqua və La Quayra ştatlarında Venesuela ərazisinə və əhalisinə qarşı törədilmiş son dərəcə ağır hərbi təcavüzü pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir", - Pinto bildirib.
O vurğulayıb ki, bu akt "Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, xüsusilə də suverenliyə hörmət, dövlətlərin hüquqi bərabərliyi və güc tətbiqinin qadağan olunmasını təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır".
"Bu təcavüz beynəlxalq sistemdə, xüsusən də Latın Amerikası və Karib regionunda sülh və sabitliyi təhdid edir, milyonlarla insanın həyatını ciddi təhlükə altına qoyur. Bu hücumun məqsədi Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirmək, ölkənin siyasi müstəqilliyini zor gücü ilə sarsıtmaq cəhdidir. Bu cəhd iflasa məhkumdur", - xarici işlər naziri qeyd edib.
"Biz Latın Amerikası, Karib regionu və bütün dünya xalqlarını və hökumətlərini bu imperialist təcavüzə qarşı fəal həmrəyliyə çağırırıq", - XİN başçısı bildirib.
*** 11:53
Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evi və paytaxt Karakasdakı liman artilleriya atəşinə tutulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Sky News Arabia" yayıb.
"ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifətə dəstək verir", - deyə telekanala danışan mənbələr aviabazanın Karakasa endirilən zərbələrin əsas hədəfi olduğunu qeyd edib.
Ölkənin şimalında, dəniz akademiyasının yerləşdiyi Varqas əyalətindəki "La Quaira" hərbi dəniz bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələrinə məxsus "Su-30MKV" döyüş təyyarələrini qaldırıb.
İlkin məlumatlara görə, Karakasda ən azı altı obyektə hücum edilib. Onların arasında "Fort Tiuna" və "Fransisko de Miranda" bazaları, Varqasdakı "La Guaira" hərbi dəniz bazası və Karib dənizində çoxsaylı hərbi obyektlərin yerləşdiyi Marqarita adası da var.
Şahidlər Karakasda atışma olduğunu bildirirlər. İlkin məlumata görə, ABŞ hərbçiləri paraşütlə Venesuelanın paytaxtına eniblər. Yerli mətbuatın məlumatına görə, quru döyüşləri davam edir.
Venesuelaya məxsus zirehli texnikalar Karakasdakı Miraflores prezident sarayına doğru irəliləyir. Paytaxt sakinləri təşviş içərisində şəhəri tərk edirlər.
Eyni zamanda Miranda ştatının İquerota hava limanı yaxınlığında da güclü partlayışların olduğu bildirilir.
*** 11:06
Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İlkin məlumatlara görə, partlayışlar hərbi obyektlərdə baş verib. Forte Tiuna və Fransisko de Miranda aviabazalarına hücum olunub.
KİV-in məlumatına görə, şəhərin cənub hissəsi işıqsız qalıb.
Zərbələrdə "RGM-109E" və "AGM-86D" qanadlı raketlərindən istifadə edilib. Yerli sakinlər sosial şəbəkələrdə Karakasın müxtəlif ərazilərində güclü partlayışlar barədə videolar yayımlayırlar.
Ölkə paytaxtının üzərində bir neçə helikopter görüntülənib.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Andrea Boçelliyə məxsus villadan 500 min avroluq oğurluq edildi
İtaliyanın Toskana vilayətində yerləşən tanınmış Forte-dei-Marmi kurort qəsəbəsində italiyalı tenor Andrea Boçellinin ailəsinə məxsus villa qarət olunub. BAKU.W...