Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI
Digər 91

Təbii şəkildə yetişdirilən bütün meyvə və tərəvəzlərin insan sağlamlığına müxtəlif faydaları var. Lakin elə qidalar var ki, ürək sağlamlığı üçün xüsusi önəm daşıyır. Sağlam və gümrah bir bədənə sahib olmağın ən vacib şərtlərindən biri sağlam ürəyə sahib olmaqdır. Bunun yolu isə düzgün qidalanmadan keçir.

BAKU.WS haberler.com-a istinadən həmin qidaları sizə təqdim edir:

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

1. Quşqonmaz – Aşağı kalorili olan bu tərəvəz B6 vitamini, fol turşusu, C vitamini, karotin və liflərlə zəngindir. 1 kasa qaynadılmış kuşkonmaz orqanizmin günlük B vitamini ehtiyacının 66%-ni qarşılayır.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

2. Sarımsaq – Güclü antioksidant olan sarımsaq damar tıxanmasının qarşısını alır, qan təzyiqini tənzimləyir, pis xolesterinin damarlara zərər verməsinə mane olur.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

3. Qırmızı üzüm – Çəyirdəyindən suyuna qədər tam bir sağlamlıq mənbəyi sayılan qırmızı üzüm resveratrol maddəsi sayəsində ürək və damar sağlamlığını qoruyur.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

4. Yağlı balıqlar – Somon, ton, sardina və alabalıq kimi omeqa-3 ilə zəngin balıqlar ürək sağlamlığını dəstəkləyir. Omeqa-3 yağ turşuları damar tıxanmasını və nizamsız ürək döyüntülərini azaldır.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

5. Pomidor və qarpız – Güclü antioksidant olan likopen maddəsi sayəsində ürək-damar xəstəlikləri riskini azaldır.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

6. Soya – Yüksək protein tərkibinə malik olan soya B1 vitamini, dəmir, sink, fosfor və maqnezium baxımından zəngindir. Araşdırmalara görə, gündə 25 qram soya istehlakı ürək xəstəlikləri riskini azalda bilər.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

7. Kətan toxumu – Omeqa-3, E vitamini, doymamış yağ turşuları və kaliumla zəngin olan kətan toxumu ürək-damar sağlamlığını qorumağa kömək edir. Hər gün 1 xörək qaşığı kətan toxumunu qatıq və ya şorbaya əlavə edərək istehlak etmək olar.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

8. Zeytun yağı – Tərkibindəki doymamış yağ turşuları sayəsində pis xolesterini aşağı salır və ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

9. Banan – Potasiumla zəngin olan banan yüksək təzyiqi və pis xolesterini azaldır.

Ürək sağlamlığına faydalı qidalar - SİYAHI

10. Avokado – Tərkibindəki doymamış yağ turşuları və kalium sayəsində qan təzyiqini tarazlaşdırır, ürək sağlamlığını qoruyur.

Diqqət: Bu qidaları istehlak etməzdən əvvəl allergiyanız, xroniki xəstəlikləriniz və ya hamiləlik vəziyyətiniz varsa, həkimə məsləhətləşmək tövsiyə olunur.

Son xəbərlər