Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı
Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən R.İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.İsmayılov zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətindən azad olunub, cinayət işi üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılıb və R.İsmayılov dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
İttihama əsasən, R.İsmayılov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, zərərçəkmiş K.Rüstəmovu aldadıb.
Belə ki, zərərçəkmiş şəxs Odlar Yurdu Universitetində təhsil aldığı müddətdə imtahanlar üzrə yaranmış kəsirlərinin aradan qaldırılması və diplom almasına köməklik göstərilməsi ilə bağlı R.İsmayılova müraciət edib. Təqsirləndirilən isə özünün yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin vasitəsilə K.Rüstəmovun universitetdəki problemini həll edə biləcəyini bildirib.
O, bu yolla zərərçəkmiş şəxsin etibarını qazanaraq məsələni müsbət həll edəcəyinə dair yalan vəd verib və müxtəlif vaxtlarda ondan ümumilikdə 9 600 manat pul alıb.
İstintaqın qənaətinə görə, R.İsmayılov aldığı 9 600 manat vəsaiti vəd etdiyi məqsəd üçün istifadə etməyib, həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin hazırlıq iclasında R.İsmayılov ittiham üzrə özünü təqsirli bilib. O, cinayət nəticəsində dəymiş zərəri tamamilə ödədiyini deyib və bu halın nəzərə alınaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş K.Rüstəmov da ifadəsində ona vurulmuş 9 600 manat məbləğində ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirib
Oxşar xəbərlər
Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib. BA...