"Ulduz müharibələri"nin aktyoru vəfat etdi
"Ulduz müharibələri" film franşizasının pərəstişkarları arasında tanınan britaniyalı aktyor Nik Cozef 60 yaşında vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə aktyorun yaxın dostu açıqlama yayıb.
Aktyor "Ulduz müharibələri. IV epizod: Yeni ümid" filmində mayor Arhul Hekstrofon rolunu oynayıb. Filmin sonunda o, Lük Skayuolker və Han Solonu mükafatlandırmaq üçün Şahzadə Leyaya medalları təqdim edib.
O həmçinin "EastEnders" serialındakı və Ceyms Bond haqqında filmdəki rolları ilə tanınır.
Cozef "Ulduz müharibələri"nə həsr olunan pərəstişkar tədbirlərinin daimi iştirakçısı olub. Bildirilir ki, o, 2027-ci ildə film franşizasının 50 illiyinin qeyd olunacağı tədbirə də qatılmağı planlaşdırırdı.
Oxşar xəbərlər
2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI
2027-ci ildə əmək bazarında süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, səhiyyə və mühəndislik kimi sahələrin ön plana çıxacağı gözlənilir....