Ukraynanın sabiq müdafiə nazirinə İtaliyada müşavir vəzifəsi təklif olunub
İtaliyanın müdafiə naziri Quido Krozetto Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri vəzifəsindən azad etdiyi Mixail Fyodorova öz müşaviri olmağı təklif edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Krozetto bu barədə nəşrə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, o, Fyodorov vəzifədən çıxarılandan bir gün sonra ona zəng edərək Romaya gəlib müşavir kimi işləməyi təklif edib.
Krozetto bildirib ki, Fyodorov bu təklifdən təsirlənib və bunu hörmət və dostluq nümunəsi kimi qiymətləndirib.
İtaliyanın müdafiə naziri müsahibəsində Fyodorovu hərbi sahədə innovasiyaların inkişafına töhfə verən şəxs kimi yüksək qiymətləndirərək, onun döyüş meydanında qaydaları dəyişən insanlardan biri olduğunu vurğulayıb.
Oxşar xəbərlər
V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib
Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib. BAKU.WS "Report"a istina...