Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.
Məlumata görə, ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina səbəbləri Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan "açık öğretim" təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.
Oxşar xəbərlər
Autizmli şəxslərdə parkinsonizm riski daha yüksəkdir - ARAŞDIRMA
Autizm spektr pozuntusu olan orta və yaşlı insanlarda parkinsonizmə daha çox rast gəlindiyi müəyyən edilib. ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırmaya ə...