Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzvlərin sayı 8-ə yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti çərçivəsində 4 yeni üzv qəbul olunub.
Bunlar Azərbaycanın "Tufandağ" Dağ Kurortu, Türkiyənin "Ərciyəz" Dağ Kurortu, Türkiyənin "Ejder 3200 World Ski Center" və Qazaxıstanın "Oi-Qaragai" kurortudur.
Bundan başqa, sammit çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Xizəkçi Jurnalistlər Klubu yaradılıb.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqa indiyədək bu kurortlar üzv idi: Azərbaycanın "Şahdağ" Turizm Mərkəzi, Özbəkistanın "Amirsoy", Qazaxıstanın "Şimbulak" və Türkiyənin "Uludağ" Dağ Kurortları.
Oxşar xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək
Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hi...