Türk Hava Yolları İrəvana uçuşların başlayacağı vaxtı və reysləri elan etdi

Türk Hava Yolları İrəvana uçuşların başlayacağı vaxtı və reysləri elan etdi
Digər 35

Türk Hava Yolları ("Turkish Airlines" - THY) 2026-cı ilin iyun ayından etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq bəyanatı "Zvartnots" beynəlxalq hava limanının mətbuat xidməti yayıb.

Bildirilir ki, aviaşirkət artıq 11 martdan etibarən gündəlik uçuşların həyata keçirilməsinə başlayacaq. 14 maydan sonra reyslərin sayı 10-a, 15 iyuna qədər isə 14-ə qədər artırılacaq.

Qeyd edək ki, uçuşlar barədə hələ 2025-ci ilin dekabr ayında Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç anons verib.

O, qərarı ölkələr arasında yaxınlaşma prosesində daha bir addım kimi qiymətləndirib.

Son xəbərlər