Tramp özünün kriptovalyutasından nə qədər pul qazanıb?
ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 18-də təqdim edilən "Official Trump" ($TRUMP) memkoininin satışa çıxarılmasından sonra ehtimal ki, 802 milyon dollardan çox pul qazanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Coinbase" birjasının məhsullar şöbəsinin rəhbəri Konor Qroqan "X" hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, göstərilən məbləğə aşağıdakılar daxildir:
- USDC, TRUMP, SOL-da birjalara göndərilən 482 milyon dollar;
- Diapazonundan kənarda 240 milyon dollar likvidlik, bu vəsaitlər pulun müəyyən edilmiş qiymətindən kənardadır və 50 milyon dollar diapazondadır;
- USDC komissiyalarında 29.3 milyon dollar.
Qroqan, həmçinin qeyd edib ki, layihə komandasının hələ də özündə saxladığı "$TRUMP" tokenlərindəki 16 milyard dolları nəzərə almayıb.
Xatırladaq ki, "$TRUMP" tokeni 18 yanvar 2025-ci ildə buraxılıb. Layihə komandası təklifin 80%-nə nəzarət edir.
Bundan qısa müddət sonra isə birinci xanımın memkoini - "Official Melania Meme" ($MELANIA) oxşar tokenomika ilə buraxılıb.
Oxşar xəbərlər
İlon Mask USAİD-in ləğv edildiyini açıqlayıb
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə...