Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) sədri Ülkər Səttarovanın müvafiq əmri ilə Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.
Bildirilib ki, yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.
Nigar Səfxanova Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr, ADA Universitetində isə Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili alıb.
O, 2018-2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022-2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Belarasun daxili işlər naziri Azərbaycana səfərə gəlib, Vilayət Eyvazovla görüşüb
Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə BAKU.WS-ə Daxi...