Təzyiqi çox olan insanları izləyən ölüm - Hər an...

Təzyiqi çox olan insanları izləyən ölüm - Hər an...
Foto
Digər 76

İnsanlarda yüksək təzyiq bir çox fəsadlar kimi beyin qansızması kimi təhlükəli fəsadlara da yol aça bilər. Məhz bu səbəbdən də, yüksək təzyiqi olan şəxslər son dərəcə diqqətli olmalıdırlar.

Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, beyin qan sızmaları əsasən damarların zədələnməsi və partlaması nəticəsində qanın beyin toxumasına axmasından əmələ gəlir.

"Bu təhlükəli bir haldır və xoşagəlməz bir hallardır. Əsas arterial təzyiqin yüksək olmasından yaranır. Qan laxtalanma faktorunun pozulmasından yarana bilər. Şəkərli diabet fonunda yarana bilər", - deyə həkim bildirib.

Təzyiqi çox olan insanları izləyən ölüm - Hər an...

Vüsal Məmmədov tövsiyyə edir ki, şiddətli baş ağrıları olan xəstələr, periodik baş ağrılarından əziyyət çəkən xəstələr həkimə gedib mütəmadi yoxlanmalıdır:

"Bunun üçün əsas müayinə MRT və Kompüter tomoqrafiyası (KT) müayinəsi, yəni əsas damar patologiyası beyin-damar patologiyasını aşkarlaya bilir".

Həkim eyni zamanda əlavə edib ki, təzyiq hər bir insan üçün risklidir. Onun sözlərinə görə, təzyiqi mütəmadi yoxlamaq və kontrolda saxlamaq lazımdır:

"Səbəbini araşdırmaq lazımdır və onun təzyiq yaradan faktordan qurtulmaq lazımdır. Dünya üzrə standart götürülmüş bir təzyiq norması var - 120/80. Lakin bu insanlarda fərdi şəkildə olur. Yəni otuz yaşında bir xanımdır, çəkisi azdır. Normal qidalanır, amma təzyiqi yüzlərdə olur və bu, onun üçün normal bir təzyiq sayılır.

Otuz yaşında bir xanım da ola bilər, artıq çəkisi var şəkərli diabetə meyillidir, digər bir xəstəlikləri var. Bunun təzyiqi yüksək ola bilər. Yəni bu halda mütləq şəkildə həkim kontrolunda nəzarətində qalmaq lazımdır".

Ziya SƏCCAD

Son xəbərlər