Tənəffüs sistemi üçün ən təhlükəli məişət cihazları açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Pusan Milli Universitetinin alimləri müəyyən ediblər ki, adi məişət cihazları insanın ağciyərlərinə qədər çata bilən ultrakiçik çirkləndirici hissəciklərin əsas mənbələrindən biri ola bilər. Tədqiqatın nəticələri Journal of Hazardous Materials (JHM) elmi jurnalında dərc olunub.
BAKU.WS-in məlumatına görə, laboratoriya şəraitində mütəxəssislər müxtəlif məişət cihazlarının işləməsi zamanı ultrakiçik hissəciklərin (UFP) emissiyasını ölçüblər. Ən yüksək göstərici sürüşdürülə bilən mexanizmli tosterlərdə qeydə alınıb: cihazın içərisində çörək olmasa belə, o, bir dəqiqədə 1,73 trilyona qədər hissəcik buraxıb.
Əhəmiyyətli miqdarda çirklənmə həmçinin aerogril və fen cihazlarında da aşkarlanıb - xüsusilə kollektor tipli mühərriklərlə təchiz edilmiş modellərdə. Bununla yanaşı, müasir, fırçasız mühərrikli fenlər 10–100 dəfə az çirkləndirici hissəcik yayır.
Kompüter modelləşdirilməsi göstərib ki, ultrakiçik hissəciklər burun boşluğunda demək olar ki, tutulmur və ağciyərlərin dərin hissələrinə qədər nüfuz edə bilir. Ən böyük risk qrupuna uşaqlar daxildir, çünki onların tənəffüs yolları daha dar və daha həssasdır.
Alimləri xüsusilə narahat edən məsələ bu hissəciklərin kimyəvi tərkibi olub: onların tərkibində ağır metallar - mis, dəmir, alüminium və titan aşkarlanıb. Güman edilir ki, bu elementlər cihazların qızdırıcı hissələrindən və mühərriklərindən ayrılır.
Tədqiqat müəllifləri xatırladırlar ki, əvvəlki elmi işlər ultrakiçik hissəciklərin təsirini artıq astma, ürək-damar xəstəlikləri, diabet və xroniki iltihabi proseslərin inkişaf riski ilə əlaqələndirib.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...