Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır

Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır
Digər 68

İnternetdə Android istifadəçilərini hədəf alan və Telegram tətbiqi adı altında maskalanan FireScam adlı zərərli virus yayılır.

BAKU.WS xəbər verir ki, bu barədə BleepingComputer məlumat yayıb.

FireScam istifadəçiləri aldadaraq RuStore platformasını təqlid edən zərərli bir səhifəyə yönləndirir və "GetAppsRu.apk" adlı tətbiqi yükləyir. Bu tətbiq Android qoruma vasitələrindən gizlənərək cihazda quraşdırılmış proqramları skan etmək, yaddaşa daxil olmaq və əlavə paketlər yükləmək üçün lazımi icazələri əldə edir.

Daha sonra virus "Telegram_Premium.apk" adlı başqa bir zərərli proqram yükləyir. Bu proqram bildirişlərə, SMS-lərə, mübadilə buferinə və digər şəxsi məlumatlara daxil olmaq üçün icazə tələb edir. FireScam işə salındıqda istifadəçiləri aldadaraq saxta Telegram avtorizasiya səhifəsini göstərir və məlumatlarını oğurlayır.

Virus eyni zamanda Firebase Realtime Database ilə əlaqə yaradaraq əldə etdiyi məlumatları bu bazaya göndərir. Bununla yanaşı, uzaq serverlə daimi əlaqə saxlayan FireScam qurbanın cihazında fərqli əmrlər yerinə yetirə, izləmə parametrlərini tənzimləyə və əlavə zərərli proqramlar yükləyə bilir. Həmçinin, cihaz ekranındakı fəaliyyətləri izləyərək ödəniş məlumatlarını ələ keçirmək qabiliyyətinə malikdir.

Mütəxəssislər istifadəçiləri yalnız rəsmi mənbələrdən tətbiq yükləməyə və şübhəli faylları açmamağa çağırır. Şəxsi məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur.

Oxşar xəbərlər

Dişləri qorumağın 5 sadə yolu

Dişləri qorumağın 5 sadə yolu

Diş sağlamlığı insanın ümumi sağlamlığının və estetik görünüşünün vacib hissəsidir. Gülümsədiyimiz zaman ilk nəzərə çarpan məhz dişlərimiz olur. Ancaq dişlər t...

123 Digər 18:18 08 iyun 2025

Son xəbərlər