Sürətlə uzanan və güclü saçların sirri AÇIQLANDI

Sürətlə uzanan və güclü saçların sirri AÇIQLANDI
Digər 213

Saçlar insanın xarici görünüşündə və psixoloji durumunda böyük rol oynayır. Saçların seyrəlməsi və ya uğursuz saç kəsimi insanın özünəinamını azalda bilər. Buna görə də bir çox insan saç baxımı üçün xeyli pul xərcləyir.

BAKU.WS xəbər verir ki, Statistica-nın məlumatına görə, təkcə 2023-cü ildə Britaniyada saç və gözəllik məhsullarına 6,6 milyard funt sterlin xərclənib.

Bəs bu qədər xərcə ehtiyac varmı? Saçlarımızı düzgün qidalanma ilə gücləndirmək mümkündürmü? Mütəxəssislər deyir ki, balanslı qidalanma saçların sağlamlığı üçün olduqca vacibdir.

Britaniya Diyetoloqlar Birliyinin nümayəndəsi Kler Thornton-Vud bildirir ki, saç sağlamlığı üçün bəzi vitamin və minerallar xüsusi əhəmiyyət daşıyır. Çünki saçlar həyati vacib orqan sayılmadığından, orqanizmdə hər hansı qida çatışmazlığı olanda öncə digər orqanlara qida yönləndirilir.

Saç üçün vacib olan vitamin və minerallar

Saçların sağlam uzanması üçün aşağıdakı qida maddələrinin orqanizmdə kifayət qədər olması vacib sayılır:

C vitamini – Kolagenin sintezi və saç follikullarının stimullaşdırılması üçün vacibdir. Çiyələk, meyvə smuziləri və tərəvəzlərlə qəbul edilə bilər.

Omega-3 – Saç dərisi və follikulların sağlamlığına müsbət təsir göstərir. Uskumru, somon, kətan toxumu və qozda olur.

B7 vitamini (biotin) – Saç tökülməsinin qarşısını almaqda rol oynayır. Fındıq, yumurta, paxlalılar və tam taxıllarda mövcuddur.

Dəmir – Saç follikullarına oksigen və qida çatdırılmasında mühüm rol oynayır. Dəmir çatışmazlığı xüsusilə qadınlarda və vegetarianlarda saç tökülməsinə səbəb ola bilər. Qırmızı ət, mərcimək və ispanaqla qəbul edilə bilər.

Zülal (protein) – Saçların əsas tərkib hissəsi olan keratinin formalaşmasında vacibdir. Zülal çatışmazlığı saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər. Yumurta, süd məhsulları, ət, balıq, paxlalılar və qoz-fındıq tövsiyə olunur.

Sink (çinko) – Saç tökülməsi ilə əlaqəli ola bilər. Ət məhsulları, dəniz məhsulları və quru yemişlərlə təmin edilə bilər.

Nəticə olaraq, həkimlər bildirir ki, saçla bağlı problem varsa, əvvəlcə səbəbləri araşdırmaq üçün mütləq həkimə müraciət olunmalıdır. Bununla yanaşı, sağlam və balanslı qidalanma, saçların sağlam və güclü olmasında mühüm rol oynayır.

Son xəbərlər