Süni intellektlə idarə olunan kondisioner təqdim edilib
Çinin məşhur Midea şirkəti dünyada ilk dəfə süni intellekt texnologiyası ilə təchiz edilmiş kondisioner – DeepSeek T6 R1 modelini təqdib edib. Yeni cihazın rəsmi təqdimatı 1 mart tarixində baş tutacaq.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, bu innovativ kondisioner "hava avtopilotu" funksiyasını dəstəkləyir və ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa bilir. Sistem temperaturu, rütubəti və hava axınını real vaxt rejimində tənzimləyir. Bundan əlavə, cihaz mürəkkəb səs komandalarını qəbul edə bilən ağıllı səsli idarəetmə funksiyası ilə təchiz edilib.
Təqdimat materiallarında DeepSeek T6 R1 modelinin ayaqlı kondisioner olduğu bildirilib. Qurğunun texniki xüsusiyyətləri isə rəsmi təqdimatdan sonra açıqlanacaq.
Yeni kondisionerin yaxın aylarda satışa çıxarılması gözlənilir.
Oxşar xəbərlər
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
Son günlər ciddi müzakirələrə səbəb olan bir məsələ gündəmdədir: Buraxılış imtahanlarında texniki vasitələrlə imtahan prosesinə müdaxilə cəhdləri və bunun fonun...