Süni intellekt YouTube-a giriş edən 18 yaşdan aşağı uşaqları müəyyənləşdirəcək

Süni intellekt YouTube-a giriş edən 18 yaşdan aşağı uşaqları müəyyənləşdirəcək
Digər 99

Google YouTube-da istifadəçilərin yaşını təyin edərək uşaqların yetkin kontentə girişini qarşısını almaq məqsədilə süni intellekt texnologiyasından istifadə edəcək. Şirkət hazırda yeni funksiya üzərində işləyir və bu funksiya 2025-ci ildə istifadəyə verilməyi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni sistem, istifadəçilərin axtarış tarixi və baxdıqları video kateqoriyaları kimi məlumatları analiz edərək onların 18 yaşını tamamlayıb tamamlamadığını müəyyən edəcək. Əgər istifadəçi 18 yaşını tamamlamayıbsa, YouTube daha sərt filtr və məhdudiyyətlər tətbiq edəcək. Bu alətin qlobal tətbiqi isə 2026-cı il üçün nəzərdə tutulub.

Bundan əlavə, Google valideyn nəzarətini də genişləndirir. Artıq "Məktəb vaxtı" funksiyası, dərs saatlarında telefon istifadəsini məhdudlaşdırmaq üçün yalnız iOS deyil, həm də Android telefon və planşetlərdə də mövcud olacaq. Valideynlər uşaqlarının cihazlarındakı əlaqələri təsdiq etmək və ya bloklamaq imkanı əldə edəcəklər.

Google süni intellektlə yaş yoxlaması sahəsində tək deyil – oxşar alətlər üzərində Meta da Instagram üçün işləyir.

Son xəbərlər