Süni intellekt insanların mütləq oxumalı olduğu beş kitabı seçdi

Süni intellekt insanların özlərini, ətraf mühiti və dünyanı daha dərindən anlamağa kömək edəcək beş kitabı müəyyənləşdirib.
BAKU.WS xəbər verir ki, siyahı Life.ru-nun sorğusu əsasında hazırlanıb və son günlərdə ictimaiyyətə təqdim olunub.
Bildirilir ki, süni intellekt fərqli mövzularda insan şüuruna, mənəviyyatına və cəmiyyətə təsir edən əsərləri seçib. Siyahıya aşağıdakı kitablar daxildir:
-
"Balaca şahzadə" – Antuan de Sent-Ekzüperi: Kainatın müxtəlif sahələrində insan münasibətləri və dəyərləri haqqında fəlsəfi nağıl.
-
"Cinayət və cəza" – Fyodor Dostoyevski: İnsan psixikasını, əxlaqi dilemmləri və peşmanlıqla nəticələnən mənəvi sınaqları araşdıran klassik roman.
-
"1984" – Corc Oruell: Totalitar rejimlərə qarşı xəbərdarlıq edən və insan azadlığının qorunmasının vacibliyini vurğulayan əsər.
-
"Alkimik" – Paulo Koelyo: Öz yolunu və taleyini axtaran insanın daxili səsinə qulaq asaraq uğura çatması barədə motivasiyaedici hekayə.
-
"Sapiens: İnsanlığın qısa tarixi" – Yuval Noah Harari: İnsanlıq tarixinin qədim dövrlərdən müasir dövrə qədərki inkişafını izah edən elmi-populyar əsər.
Qeyd edək ki, süni intellekt tərəfindən tərtib olunan bu siyahı geniş müzakirələrə səbəb olub və müxtəlif yaş qruplarından olan oxucular üçün maraqlı tövsiyə kimi dəyərləndirilir.

Oxşar xəbərlər
Ən ideal BÜRCLƏR bunlardır...
Astrologiya minilliklərdir insanların xarakterini, taleyini və münasibətlərini anlamaq üçün istifadə olunur. Bürclər insanların fərdi xüsusiyyətlərini formalaşd...