Su içirsiniz, amma kökəlirsiniz? Səbəbi hormonlar və başqa amillər ola bilər
Bəzi qidalanma vərdişləri, hormonal dəyişikliklər və ya dərman qəbulu bədəndə maye yığılmasına və çəki artımına səbəb ola bilər.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, mütəxəssislər aşağıdakı hallara diqqət yetirməyi tövsiyə edir:
-
Qidalanma: Duzlu qidaların çoxluğu qarında köpə və maye yığılmasına səbəb olur.
-
Hormonal dəyişikliklər: Mensturatsiya öncəsi sindrom (PMS), hamiləlik və menopauza zamanı hormonal fon dəyişir. Bu da orqanizmdə suyun saxlanılmasına və çəkidə artıma gətirib çıxarır.
-
Dərmanlar: Aşağıdakı dərmanlar bədəndə maye toplanmasına səbəb ola bilər: AÇF inhibitorları, antipsixotiklər, kalsium kanalı blokerləri, dopamin agonistləri, insulin, nitratlar, steroidlər və qeyri-steroid iltihabəleyhinə preparatlar.
-
Xəstəliklər: Qaraciyər sirrozu, ürək və böyrək çatışmazlığı, nefrotik sindrom və hamiləlikdə rast gəlinən preeklampsiya da bədəndə ödem və çəki artımına yol aça bilər.
Oxşar xəbərlər
2026-cı ildə texnologiya dünyasında gözlənilən yeniliklər
2025-ci il generativ süni intellekt, nazik iPhone-lar və robot texnologiyaları ilə yadda qaldı. 2026-cı il isə texnologiya həvəskarları üçün bir sıra maraqlı ye...