Soyuqdəymə zamanı toyuq bulyonu nə dərəcədə xeyirlidir?

Soyuqdəymə zamanı toyuq bulyonu nə dərəcədə xeyirlidir?
Digər 21

Toyuq bulyonu soyuqdəyməni birbaşa müalicə etməsə də, sağalma prosesini sürətləndirə bilər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ümumi praktika həkimi Sabina Donnay "Daily Mail" nəşrinə müsahibəsində danışıb.

Həkim toyuq bulyonunun müalicə məqsədilə effektivliyini qiymətləndirərək bildirib ki, xəstəlik zamanı bol maye qəbul etmək və sadə qidalar yemək olduqca vacibdir. Toyuq bulyonu bu tələblərə ideal şəkildə cavab verir, çünki orqanizmdə maye və elektrolit balansının bərpasına kömək edir.

Onun sözlərinə görə, bulyona göyərti, kərəviz, yerkökü və sarımsaq əlavə edildikdə, bu qida orqanizmi zülal, vitaminlər və faydalı amin turşuları ilə təmin edir.

"Məsələn, sistein amin turşusu tibbdə seliyi durultmaq və immuniteti dəstəkləmək üçün istifadə edilən maddələrə bənzəyir. Qlisin isə iltihab əleyhinə təsir göstərir", - deyə Sabina Donnay qeyd edib.

Mütəxəssis əlavə edib ki, bir kasa isti bulyon boğaz ağrısını yüngülləşdirə və burun tutulmasını azalda bilər. Bundan başqa, bulyon asanlıqla həzm olunur və həzm sistemini yükləmədən orqanizmə enerji verir.

Oxşar xəbərlər

Son xəbərlər