Sosial pulu üçün 12 dəfə evlənib-boşanan ər-arvad dələduzluqda ittiham olundu
Avstriyada 73 yaşlı təqaüdçü qadın sosial ödənişlər almaq məqsədilə ərilə 12 dəfə evlənib boşanıb.
BAKU.WS Bild-ə istinadən xəbər verir ki, hazırda cütlük dələduzluqda ittiham edilir.
Məlumata görə, bu sxem vasitəsilə ər-arvad Avstriyanın pensiya sığortası fondundan 326 min avro əldə edib. Bu ilin mart ayında Vyana Ali Məhkəməsi alınan ödənişləri haqsız hesab edib və işi yenidən araşdırmaq üçün Ştiriya polis idarəsinə göndərib. Polis bu nikah və boşanmaları "hüquqdan sui-istifadə" kimi dəyərləndirib.
Bildirilir ki, qadın 1981-ci ildə ilk ərinin vəfatından sonra "dul pensiyası" almağa başlayıb və Avstriya qanunvericiliyinin bu özəlliyindən maksimum istifadə etməyə qərar verib. Bu qanuna əsasən, həyat yoldaşı itirildiyi halda 27 min avro "çıxış müavinəti" ödənilir. 1982-ci ildə qadın yenidən evlənib, beş ildən sonra isə ərinin peşəsi - yük maşını sürücüsü olması ilə əlaqədar "qeyri-mümkün ailə həyatına" görə boşanma ərizəsi verib.
Bundan sonra isə dələduzlar yenidən "barışdıqlarını" göstəriblər, lakin məlum olub ki, onlar 35 il ərzində heç vaxt ayrılmayıblar. Birlikdə yaşayıb yemək bişirib, eyni yataqda olublar. Polis onların dostlarını və qohumlarını dindirib. Onların ifadəsinə görə, bu cütlüyün "nümunəvi ailə həyatı" olub, hər üç ildən bir boşanma prosesinə başlasalar belə. Qadın növbəti "dul pensiyasını" aldıqdan sonra cütlük yenidən evlənir, sonra yenidən boşanırdı.
Pensiya fondu ödənişləri dayandırıb və şübhələr yaranandan sonra ər-arvad məhkəməyə müraciət edib. Lakin onların iddiası rədd edilib. İndi 12-ci boşanmaları rəsmən tanınmayan cütlük ağır dələduzluq ittihamı ilə istintaqa cəlb olunub. Hazırda onlarla bağlı məhkəmə prosesi gözlənilir, lakin onlara hansı cəzanın veriləcəyi barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Bakı, köklü dəyişikliklər astanasında - 2040-ci ilə qədər nələr olacaq?
Bakının siması dəyişəcək. Bir yox bir neçə mikrarayon salınacaq… Xezerxeber.az xəbər verir ki, Binəqədi rayonu ərazisində tikilməsi nəzərdə tutulan 10-cu mikror...