"SOCAR Energy Ukraine" Kiyev vilayətində sakinlərə dəstək nöqtələri yaradıb
Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"nin Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.
Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar.
SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.
Qeyd edək ki, Rusiya ordusunun kütləvi hava zərbələri nəticələri Ukraynanın enerji infrastrukturu daha da çöküb. Hazırda Kiyevdə havanın temperaturu mənfi 20 dərəcədir.
Qalereya
Oxşar xəbərlər
Yaxın vaxtda borcdan xilas olacaq bürclər
Yaxın vaxtlarda maddi vəziyyətini düzəldəcək və borclardan qurtulma ehtimalı yüksək olan bürclər, astroloji göstəricilərə görə aşağıdakılardır. Oğlaq bürcü Uzun...