Şirkət səhvən müştərinin hesabına 81 trilyon dollar köçürüb
02
mar
2025
22:22
Amerikanın Citigroup bankı keçən il müştərilərindən birinin hesabına səhvən 81 trilyon dollar köçürüb. Bu məbləğ ABŞ, Çin və Avropa İttifaqının ümumi iqtisadiyyatından daha böyükdür.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, müştəri bu məbləği əldə edə bilməyib.
Bankın daxili sistemləri xətanı avtomatik olaraq aşkar edib. İki əməkdaş bu səhvi gözdən qaçırsa da, üçüncü şəxs onu yalnız 90 dəqiqə sonra müəyyən edib.
Citigroup ötən il də bu cür 10 səhvin baş verdiyini və ümumi məbləğin 1 milyard dollardan çox olduğunu etiraf edib.
Oxşar xəbərlər
2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI
2027-ci ildə əmək bazarında süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, səhiyyə və mühəndislik kimi sahələrin ön plana çıxacağı gözlənilir....