Siqareti tərgidən kimi orqanizmdə nə baş verir? - Cəmi 20 dəqiqə sonra...
Yeniliklərdən dərhal xəbərdar olun
Siqareti tərgitdikdən sonra bədəndə müsbət dəyişikliklər tədricən nəzərə çarpacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Həkim Ana Perez Ballesta bildirib.
Bildirilib ki, son siqaretdən cəmi 20 dəqiqə sonra insanın ürək döyüntüsü normallaşacaq. Nəticədə ürək daha az səylə işləməyə başlayacaq.
"24 saatdan sonra qanda karbonmonoksit səviyyəsi yarıya enir, oksigen səviyyəsi artır və infarkt riski azalır", - deyə həkim izah edib.
İki gündən sonra qoxu və dad hissi daha kəskinləşəcək. Mütəxəssis əlavə edib ki, bir neçə həftədən sonra ağciyər funksiyası 10 faiz yaxşılaşacaq.
Ballestaya görə, uzunmüddətli perspektivdə insanın bir neçə növ xərçəng və insult inkişaf riski əhəmiyyətli dərəcədə azalacaq.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...