Şərurlu İsfəndiyar: "İşçilərim gəlirimin 70-80%-ni oğurlayırmışlar"
"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov açıqlaması ilə təəccübləndirib.
BAKU.WS xəbər verir ki, "Həftənin qonağı" layihəsinə dəvət olunan iş adamı gəlirinin 70-80%-nin işçiləri tərəfindən oğurlandığını etiraf edib.
O bunu nəvəsi sayəsində öyrənib:
"Əvvəldən yanımda işləyib hazırda da davam edən işçilərin azdır. Onlara tam etibar etmirəm. Mənə külli miqdarda ziyan vurublar. Nəvəm Amerikada oxuyub. Mən bütün nəvələrimə Amerikada təhsil vermişəm. Çünki mən bilik və savadın nə olduğunu dərk etmişəm. Nəvəm Amerikadan gələnə qədər çox gözəl kollektivim var idi, onlara inanırdım. Hamısı üçün hər şərait qurmuşdum. Nəvəm gələndən sonra bildim ki, gəlirimin 70-80%-ni oğurlayırmışlar" - deyə, İsfəndiyar qeyd edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
May günəşinin təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ
Dermatoloq may ayında günəş şüalarının insan dərisi üçün daha riskli ola biləcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, dermatoveneroloq Valeriya Şapovalova bild...