Şəmkirdə iki mindən çox abonent qazsız qalacaq
01
apr
2026
16:40
Aprelin 2-də saat 10:00-dan etibarən Şəmkir rayonunda 2 358 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Qaracəmilli ortatəzyiqli qaz xəttində, eləcə də həmin xətdən ayrılan qollarda qazsızmaları aşkar edilib. Problemlərin aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılması planlaşdırılıb.
İşlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təchizatı dayandırılacaq.
Oxşar xəbərlər
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti...