Şəhid Zahir Feyzullayevin qəhrəmanlıq hekayəsi
"Qardaşım komandasında olan əsgərlərdən biri yaralananda onu xilas edərək çiynində daşıyıb".
Bunu Baku TV-nin Vətən müharibəsi şəhidi Zahir Feyzullayevin qəhrəmanlıq hekayəsi barədə hazırladığı reportajda onun qardaşı Mahir Feyzullayev deyib.
O, Zahir Feyzullayevlə son telefon danışığını xatırlayıb: "Dedi ki, ata-anamı qoru, şəhid olsam, mənimlə fəxr edin".
Şəhidin anası Rüfanə Yusifova isə oğlunun toy mərasiminin baş tutmamasından bəhs edib:
"Nədənsə 19 rəqəmi onun üçün simvol idi. Hər şeyi ayın 19-da edirdi. Nişan mərasimini həmin tarixə təyin etmişdi. Şəhid olduğu gün də ayın 19-da gecə saatlarına təsadüf etdi. Toyunun vaxtı qoyulmuşdu, koronavirus pandemiyasına görə saxladıq, sonra da döyüşlərə qatıldı".
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Xalq rəssamı Ömər Eldarov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışdı
Baku TV-nin efirində yayımlanan reportajda ümummilli lider Heydər Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafındakı misilsiz rolundan bəhs edilib. Rep...