Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə" təsdiq olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunur ki, bu, Əsasnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)vahid elektron informasiya sisteminin (VEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edəcək.
VEİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
- proqram-texniki vasitələr və proqram təminatı;
- telekommunikasiya qurğuları və kanalları;
- informasiya ehtiyatı və onu idarəetmə paneli;
- ehtiyat nüsxələr;
- istismaraqədərki formalaşma mühitləri.
Oxşar xəbərlər
Soyuq havalarda insan orqanizmi üçün ən vacib qidalar – qışda süfrənizdən əskik etməyin
Havanın temperaturu aşağı düşəndə düzgün qidalanma orqanizmin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Soyuq günlərdə enerji ehtiyacını ödəyən, immu...